Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan 1,3 milyon dollarlıq saatı necə alıb? - Fotofakt

Ermənistanın Baş naziri Nikol Paşinyan özünü erməni cəmiyyətinə hər zaman sadə, təvazökar həyat tərzi sürən bir şəxs kimi təqdim etməyə çalışır. Onun vaxtaşırı “Facebook” sosial şəbəkəsindəki səhifəsində evində olduğu vaxt canlı yayım açıb sadə həyat tərzi keçirdiyini, sadə nahar və şam etdiyini nümayiş etdirməsi də bunun əyani göstəricilərindən hesab oluna bilər. Ancaq artıq bir neçə dəfə üzə çıxan faktlar Ermənistan liderinin bu addımının nümayiş xarakterli olduğunu isbatlayıb. Onun bu yolla erməni cəmiyyətinin gözünə kül üfürdüyü bu günlərdə bir daha sübut olunub.

Yenisabah.az xəbər verir ki, işğalçı ölkənin baş naziri bir neçə gün öncə BBC televiziyasının “Hard Talk” proqramında aparıcı Stiven Sakur qarşısında dəyəri nə az, nə çox, düz 1,3 milyon dollar olan qol saatı taxması ilə diqqət çəkib. Müsahibə zamanı çəkilən fotoların yaxından analizi saatın “Patek Philippe” markası olduğunu müəyyən etməyə imkan verir.

Bu yerdə necə deyərlər, xoruzun quyruğu görünür. Məlumdur ki, Ermənistan kasıb, ərazisi kiçik və faydalı qazıntılarla zəngin olmayan ölkədir. Üstəlik, onun yürütdüyü işğalçılıq siyasəti üzündən qonşu Azərbaycan və Türkiyə ilə sərhədləri təbii olaraq bağlıdır. Bu amil Ermənistanı Gürcüstandan fərqli olaraq enerji və nəqliyyat layihələrinin tranzit ölkəsi olmaq hüququndan da məhrum edib. Halbuki hər il bu layihələrin tranzitindən Gürcüstanın dövlət büdcəsinə xeyli vəsait daxil olur. Belədə Ermənistanın əsas maliyyələşmə mənbəyi xaricdən daxil olan ianələrdir. Ermənistan artıq uzun illərdir ki, ianələr hesabına yaşayan bir dövlətdir. Ancaq eyni zamanda burada xeyli zəngin oliqarx var ki, onlar silah və narkotik qaçaqmalçılığı, korrupsiya və insan oğurluğu kimi cinayətlərlə məşğul olaraq multimilyonerlərə çevriliblər. Ermənistanın baş nazirinin də belə bahalı aksessuarlardan istifadə etməsi onun özünün və ailəsinin adının qaçaqmalçılıq, korrupsiya və sair çirkin əməllərdə hallanmasının həqiqət olduğunu bir daha aydın surətdə nümayiş etdirir. (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar